Millimizə çağırılmadı, “bir qarın çörək” üçün İspaniya klubunda oynamağa razılaşdı

20 Noyabr 2021 20:40 İspaniya 1 424
Millimizə çağırılmadı, “bir qarın çörək” üçün İspaniya klubunda oynamağa razılaşdı

"Albasete"dən ayrıldıqdan sonra 5 ay klubsuz olan Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Eddi İsrafilov özünə yeni düşərgə tapıb.

Hazırda İspaniya 1-ci divizionunda (Sequnda) çıxış edən "Luqo" onu yoxlamadan keçirib.

Baxışa çağırılan 29 yaşlı orta sahə oyunçusu kollektiv məşqlərə qoşulub.

Eddi “Luqo”ya ehtiyat oyunçu kimi dəvət alıb. Burada demək olaraq havayı tər axıdacaq. Aylıq qazancı 3200 avronu keçməyəcək. Sərbəst agent statusu daşıdığından, ona görə təzminat ödəmək lazım gəlməyib.

2015-ci ildən Azərbaycan yığmasına dəvət alan İsrafilov son olaraq 2019-cu il noyabrında bu formanı geyinib. Slovakiyaya səfərdə 0:2 hesabı ilə uduzduqları AVRO-2020-nin seçmə oyununda meydana çıxıb.

O, karyerası ərzində “Mursiya”, “Qranada”, “Eybar”, “Kordoba”, “Kadiz”, “Ximnastik” və “Alkorkon”un şərəfini qoruyub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı