Daha bir məşhur “Barselona”ya qayıdır - Görüş planlaşdırılıb

10 Noyabr 2021 18:40 İspaniya 1 283
Daha bir məşhur “Barselona”ya qayıdır - Görüş planlaşdırılıb

Dani Alveş “Barselona”ya qayıtmaq və karyerasını sabiq klubunda bitirmək niyyətindədir.

Sportinfo.az xəbər verir ki, “Barsa”nın yeni baş məşqçisi Xavi və klub rəhbərliyi də bu ideyanı dəstəkləyirlər.

Artıq 38 yaşlı futbolçu ilə danışıqların başladığı bildirilir.

Yaxın günlərdə tərəflər arasında görüşün olacağı da deyilir. Xavi hesab edir ki, Alveşin “Barsa”ya qayıdışı gənc futbolçuların inkişafı baxımından əhəmiyyətli olacaq.

Daninin son klubu “San-Paulu” olub. O, bu klubdan sentyabrda ayrılıb.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
31 Oktyabr 04:00 Sevgilisi ilə barışdı