Xavi Pikeyə qadağa qoydu - Telekanallara çox danışırsan, sus!

10 Noyabr 2021 15:20 İspaniya 953
Xavi Pikeyə qadağa qoydu - Telekanallara çox danışırsan, sus!

“Barselona”nın yeni baş məşqçisi Xavi komandada bir sıra qadağalar tətbiq edib.

Sportinfo.az xəbər verir ki, bu qadağalardan bəziləri fərdi olaraq ayrı-ayrı futbolçulara da tətbiq olunacaq.

Qadağaya məruz qalan oyunçulardan biri də Pikedir.

Xavi ona telekanallara danışmağı qadağan edib. Onun fikrincə, Pike futbola aid olmayan tədbirlərdə həddindən artıq görünür.

Mütəxəssis hesab edir ki, bu da futbolçuların diqqətini yayındırır. Xavi hesab edir ki, oyunçular, əsasən “Barselona” və gələcək karyeraları haqqında düşünməlidirlər.

“Barselona” Xavinin rəhbərliyi altında ilk oyununu noyabrın 20-də “Espanyol”a qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
31 Oktyabr 04:00 Sevgilisi ilə barışdı