“Bu nəticədən dərs çıxarmalıyıq, başqa yolumuz yoxdur”

7 Noyabr 2021 18:20 İspaniya 676
“Bu nəticədən dərs çıxarmalıyıq, başqa yolumuz yoxdur”

“Barselona”nın müvəqqəti baş məşqçisi Sergio Barjuan La Liqanın 12-ci turunda “Selta”ya qarşı keçirdikləri oyunu şərh edib.

Sportinfo.az xəbər verir ki, Barjuan 3:3 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Təəssüf ki, ilk səfər oyunumdan qələbə ilə dönə bilmədik. Hər şey bizə əks oldu. İstədiyimiz kimi oynaya bilmədik.

Heyətimizdə itkilər oldu. Rəqibə təzyiq göstərməkdə çətinlik yarada bilmədik.

Sonradan meydana daxil olan futbolçular özlərini yaxşı göstərə bilmədilər. Bu nəticədən dərs çıxarmalıyıq, başqa yolumuz yoxdur”.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
31 Oktyabr 04:00 Sevgilisi ilə barışdı