“Qış fasiləsində 3 yeni futbolçu almaq istəyirik” - Klub prezidenti

7 Noyabr 2021 01:50 İspaniya 760
“Qış fasiləsində 3 yeni futbolçu almaq istəyirik” - Klub prezidenti

"Barselona"nın prezidenti Joan Laporta qış transfer pəncərəsindəki hədəflərini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, funksioner "TV3"ə açıqlamasında fasilədə 3 yeni futbolçu almaq istədiklərini bildirib.

Onun sözlərinə görə, artıq klub bu istiqamətdə işlərə başlayıb:

"Serxio Aqueronun səhhətindəki problemə görə hazırda mərkəz hücumçusu axtarışındayıq. Digər mövqelərlə bağlı işlər isə yaxın günlərdə start götürəcək".

Laporta deyib ki, bütün transferlər yeni baş məşqçisi Xavi Ernandesin razılığı ilə həyata keçiriləcək.

"Barselona" 41 yaşlı mütəxəssislə 2023/2024 mövsümünün sonunadək müqavilə imzalayıb.

Digər Xəbərlər
Xəbər Lenti
31 Oktyabr 18:10 Çək və bizə göndər!
31 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
31 Oktyabr 04:00 Sevgilisi ilə barışdı