Şenol Günəş “Sabah”la “Neftçi”ni müqayisə etdi

14 Avqust 2023 03:10 İspaniya 1 371
Şenol Günəş “Sabah”la “Neftçi”ni müqayisə etdi

Sportinfo.az xəbər verir ki, “Beşiktaş”ın baş məşqçisi Şenol Günəş Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Neftçi”yə 3:1 hesabı ilə qalib gəldiyklər qarşılaşma barədə fikirlərini bölüşüb:

“Gözəl oyunla qələbə qazanmaq və evə üstünlüklə dönmək istəyirdik. Bunu da bacardıq.

Həm oyuna hakim olduq, həm də istədiyimiz nəticəni əldə etdik. Mövsümün əvvəli olduğu üçün bəzi oyunçularımız formada deyil.

Son 15 dəqiqədə oyun qopdu. Buraxdığımız qol “Neftçi”nin gücünü və əhvalını artırdı. Bizim üçün dərslər çıxarılacaq oyun oldu.

“Neftçi”yə imkan verəndə yaxşı oynayacaq istedadlı futbolçuları var. Belə rəqibə qarşı mütləq ciddi yanaşmaq lazımdır.

Gözəl atmosfer var idi. Arena “ağ-qara”ya bürünmüşdü. Gözəl mübarizə oldu”.

71 yaşlı mütəxəssis bir neçə ay əvvəl xeyriyyə matçında qarşılaşdıqları “Sabah”la “Neftçi”ni də müqayisə edib:

“Sabah” da güclü heyətə malikdir. “Sabah”la qarşılaşdığımız zaman mövsümün sonları idi. İndi isə mövsümün əvvəlindəyik, oyunçular istənilən durumda deyillər. Bu, hər iki tərəf üçün keçərlidir”.

Bu komandalar arasında cavab görüşü avqustun 17-də İstanbulda oynanılacaq.

Digər Xəbərlər
Xəbər Lenti