Kərimlə razılığa gəldi - Müqaviləsi 2023-cü ilin yayınadək uzadılacaq

18 Aprel 2021 10:20 İspaniya 1 057
Kərimlə razılığa gəldi - Müqaviləsi 2023-cü ilin yayınadək uzadılacaq

“Real” Kərim Benzemanın müqaviləsini yeniləməyə hazırlaşır.

Sportinfo.az xəbər verir ki, Madrid təmsilçisi 33 yaşlı hücumçu ilə razılıq əldə edib.

Bu barədə “Marca” nəşri məlumat yayıb. Benzema ilə müqavilənin müddəti 2023-cü ilin yayına qədər uzadılacaq.

2009-cu ildən “Real”da çıxış edən fransalı futbolçunun hazırkı sözləşməsi 2022-ci ilin yayına qədərdir.

Benzema bu mövsüm “kral klubu” ilə 26 oyunda 19 qol vurub, 6 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular