“Barselona”nı üzünü güldürən adam Bakıya gəldi

31 Avqust 2023 16:00 Qarabağ 1 901
“Barselona”nı üzünü güldürən adam Bakıya gəldi

"Qarabağ"ın bu gün Bakıda Sloveniya "Olimpiya"sına qarşı keçirəcəyi Avropa Liqasının pley-off mərhələsinin cavab oyununa təyinatlar müəyyənləşib.

Qarşılaşmanı İspaniyadan olan hakimlər briqadası idarə edəcək.

FİFA referisi Alexandro Ernandesə Xose Naranyo və Dieqo Sançes Royo laynsmanlar qismində kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Alexandro Muniz Ruiz yerinə yetirəcək.

40 yaşlı referi 2012-ci ildən La Liqa oyunlarına təyinat alır. 2014-cü ildən isə yaxasında FİFA-nın emblemini daşıyır.

İspaniyalı ədalət qoruyucusu indiyə qədər avrokuboklarda 22 oyunda əsas söz sahibi olub. Lakin indiyə qədər bir dəfə də olsun təmsilçilərimizin matçlarında iştirak etməyib. Heç “Olimpiya”dakıların yolu da onunla kəsişməyib.

Əsas milli komandalar səviyyəsində 17 qarşılaşmada meydana baş hakim statusu ilə ayaq basıb. Və heç birində bizimkilərin oyununda fit çalmayıb.

Alexandro Ernandes 4 gün əvvəl La Liqanın 3-cü turunun ən gərgin qarşılaşmasında iş başında olub. “Barselona”nın səfərdə “Vilyareal”ı 4:3 hesabı ilə məğlub etdiyi görüşdə bu hakim hər iki komandanın üç futbolçusuna sarı vərəqə göstərib.

Bu axşam keçiriləcək “Qarabağ” – “Olimpiya” oyunu saat 20:00-da başlayacaq.

Komandalar arasındakı ilk duel “köhlən atlar”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti