İslamiada: Azərbaycan taekvondoçularından 2 medal gəldi

17 May 2017 00:08 İslam Oyunları 391
İslamiada: Azərbaycan taekvondoçularından 2 medal gəldi

IV İslam Həmrəyliyi Oyunlarında təmsil edən kişi taekvondoçu Qaşım Maqomedov gümüş medal qazanıb. Sportinfo.az xəbər verir ki, Maqomedov finalda iranlı Mahdi Eşaqiyə uduzub. Görüşün əsas vaxtı 21:21 hesablı heç-heçə ilə yekunlaşıb. Əlavə vaxtda isə Eşaqi qələbəyə nail olub. Beləliklə, Azərbaycan taekvondoçuları günü 1 qızıl, 1 gümüş medalla başa vurublar.

Kişilər
54 kq
Final. Qaşım Maqomedov - Mahdi Eşaqi (İran) - 21:21, əlavə vaxt - 0:3
Yarımfinal. Qaşım Maqomedov - Dəniz Dağdelen (Türkiyə) - vaxtından əvvəl qələbə
1/4 final. Qaşım Maqomedov - Şukrob Bobobekov (Özbəkistan) 22:22, əlavə vaxt - 3:0
1/8 final. Qaşim Maqomedov - Umar İqbal (Pakistan) 26:6
*** 21:09
Azərbaycanı "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında təmsil edən qadın taekvondoçu Yaprak Eriş qızıl medal qazanıb. "Report"un məlumatına görə, 57 kq çəki dərəcəsində yer alan Eriş finalda türkiyəli Dürdanə Altunelə qalib gəlib.
Bu, Azərbaycanın İslamiadada taekvondo növündə ilk medalı olub.
Taekvondo
Qadınlar
57 kq
Final: Yaprak Eriş - Dürdanə Altunel (Türkiyə)
Yarımfinal. Yaprak Eris - Tayabeh Parsa (İran) - 14:12
1/4 final. Yaprak Eriş - Farsin Hamdani (Pakistan) 29:3
Bakı İdman Sarayı

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"