Azərbaycanın qadın atletləri 1 qızıl, 1 bürünc medal qazandı

16 May 2017 19:12 İslam Oyunları 436
Azərbaycanın qadın atletləri 1 qızıl, 1 bürünc medal qazandı

Azərbaycanı IV İslam Həmrəyliyi Oyunlarında təmsil edən qadın atletlərdən 2-si medal qazanıb. Sportinfo.az xəbər verir ki, Hanna Skidan çəkicatma növündə 75,29 metr nəticə ilə qızıl medala sahib olub.

Türkiyəli Kıvılcım Kaya Salman 65,41 metr göstərici ilə gümüş, mərakeşli Sukaina Zakkur 63,10 metr nəticə ilə bürünc medala sahib çıxıb.

Yekaterina Sarıyeva isə üç təkanla 12,81 metr uzununa tullanaraq, bürünc medala yiyələnib. Qızıl medalı 13,05 metr nəticə ilə seneqallı Sanqon Kandji, bürünc medalı isə 12,84 metr göstərici ilə kamerunlu Joel Mbumi Nkuincin qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"