Azərbaycan atıcısı İslamiadada 4-cü dəfə "qızıl" aldı

16 May 2017 16:48 İslam Oyunları 417
Azərbaycan atıcısı İslamiadada 4-cü dəfə "qızıl" aldı

Azərbaycanı "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında təmsil edən güllə atıcısı Ruslan Lunyov daha bir qızıl medal qazanıb. Sportinfo.az xəbər verir ki, 28 yaşlı idmançı bu dəfə kişilər arasında 10 metr məsafədən pnevmatik tapança ilə atəş açmada fərqlənib.

O, 240,7 xalla 1-ci yeri tutub. Türkiyəli Yusuf Dikeç 239,7 xalla 2-ci, pakistanlı Muhammad Şehzad Axtar 218,6 xalla 3-cü olub. Qeyd edək ki, bu, Ruslan Lunyovun İslamiadada 4-cü qızıl medalı olub.

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"