Azərbaycanı IV İslam Həmrəyliyi Oyunlarında para-atletika növündə təmsil edən Samir Nəbiyev qızıl medal qazanıb. Sportinfo.az xəbər verir ki, 31 yaşlı idmançı kişilər arasında nüvə itələmə növündə fərqlənib.
O, 13,95 metr nəticə göstərib. Gümüş və bürünc medalları iranlılar qazanıb. Cavid Ehsani Şakib 13,74 metr, Cavad Dalaki 13,06 metr nəticə göstərib. Bu, Azərbaycanın İslamiadada 34-cü qızıl medalı olub.
