Quliyev Azərbaycanı Türkiyəyə dəyişdi, yarımfinala yüksəldi

16 May 2017 14:24 İslam Oyunları 506
Quliyev Azərbaycanı Türkiyəyə dəyişdi, yarımfinala yüksəldi

İslam Həmrəyliyi Oyunlarında 100 metr məsafəyə qaçış üzrə təsnifat mərhələsinə yekun vurulub. Sportinfo.az xəbər verir ki, Azərbaycanı Kamran Əsgərov və Ramiz Məlikov təmsil edib. Əsgərov 11,04 saniyə nəticə ilə 6-cı, Məlikov 11,26 saniyə göstərici ilə 7-ci olub. Nəticədə hər iki sprinter yarımfinala yüksələ bilməyib.

Əvəzində Türkiyəni təmsil edən əslən azərbaycanlı atlet Ramil Quliyev yarımfinala yüksəlib. 27 yaşlı idmançı finişə 10,40 saniyəyə çatıb. O, Maldiv adalarından olan Səid Hassanla eyni nəticəni göstərib. Qalibi isə fotofiniş görüntüləri müəyyənləşdirib.

Hassan 1-ci, Quliyev 2-ci yerin sahibi kimi mərhələ adlayıb. Yarımfinal mərhələsi günün ikinci yarısında olacaq. Ramil Quliyev saat 17:52-də start xəttinə çıxacaq. Quliyev 200 metr məsafəyə də qaçacaq.

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"