Görək, hakimlər bu dəfə də Vahabzadənin köməyinə tələsəcək?

16 May 2017 11:36 İslam Oyunları 735
Görək, hakimlər bu dəfə də Vahabzadənin köməyinə tələsəcək?

İslamiadanın futbol yarışlarında qrup mərhələsinə dünən yekun vuruldu. Artıq potenisal medalçılar da bəllidi. Qrup turnirini ilk iki pillədə başa vurmuş komandalardan yalnız biri medallardan kənar qalacaq. Qrup mərhələsində ölkəmiz ən mühüm matçını dünən keçirirək, təkcə qrupda deyil, ümumiyyətlə, turnirdə qələbəyə ən potensial namizədlərdən olan Mərakeşlə qarşılaşdı.

Buna qədərsə, mayın 11-də isə ilk görüşdə, ev sahibi kimi, qismən uğursuz çıxış etmiş və qələbə fürsətini əldən vermiş komandamız üçün taleyüklü olan Səudiyyə Ərəbistanı ilə görüşün yalnız ikinci hissəsi az-çox qaneedici olub.

Yığmamızın futbolçuları uzun axtarışları 1 saatdan sonra başa vurublar. Bundan sonra hər şey öz axarı ilə getməyə başlayıb və ikinci qol sayəsində yığmamız Mərakeşlə eyni xal toplasa da, liderliyə yüksəlib. Bu isə son matçda komandamıza ən azı 1 xal qazanacağı təqdirdə yarımfinalın qapısını açmaq fürsəti verib.

Mərakeşlə görüşdə Yaşar Vahabzadənin çalışdırdığı kollektiv turnirin ən maraqlı komandalarından biri ilə rəqabətdə davamiyyət nümayiş etdirə bildi. Yekunda istədiyi xalı qopararaq, yarımfinal iştirakçısı oldu. Hərçənd Kamerun səudiyyəliləri darmadağın edərək, qrup qalbi olduqları üçün, qarşıdakı mərhələdə təmsilçimizi Əlcəzairlə ən ciddi sınaqlarından biri gözləyəcək. Baxıb görək, hakimlər bu dəfə Vahabzadənin köməyinə tələsəcəkmi?

Gürcüstandan olan briqada üzvləri dünən ərəbləri qrupda saxlayan kritik qərarlarla yadda qaldı, əksər epizodlarda bizimkilərə güzəştə getdi. Oyunun axarını zaman-zaman dəyişən bu oldu, gizlətməyək. Bəlkə də ev sahibi olduğumuzdan, ədalət təmsilçilərinin simpatiyası açıq-aşkar bizdən yanadı.

"B" qrupunda da mübarizə kəskin axarla keçdi. Yarışın lap əvvəlində iki görüşdə məğlub olan Türkiyənin şansı olmasa da, Fələstin qalib gələcəyi təqdirdə, ümidlənə bilərdi. Lakin nə Fələstin qalib gəldi, nə də ki, digər matçdakı rəqiblər buna imkan verdi. Heç-heçə Əlcəzairlə Omanı medallar uğrunda mübarizəyə yolladı. Beləliklə, mayın 18-də keçiriləcək yarımfinal qarşılaşmalarında üz-üzə gələcəklər:

Əlcəzair - Azərbaycan

Kamerun - Oman

"A" qrupu / 11 may / "Bayıl Arena":

Kamerun - Mərakeş 1:1

Azərbaycan - Səudiyyə Ərəbistanı 2:0 (0:0)

Bakı. "Bayıl Arena".

Hakimlər: Andrey Çeban - Vitali Tertsi, Ruslan Raşçu - Andrey Brequta (Moldova).

Qollar: E.Abdullayev, 67, A.Ramazanov, 80.

Sarı vərəqə: Mədətov, 34, Ramazanov, 50, İsayev, 85//Ələmri, 50, Əlhəmdi, 75.

Azərbaycani: Şahruddin Məhəmmədəliyev, Rahil Məmmədov (Coşqun Diniyev, 46), Sadiq Quliyev, Rəşad F.Sadiqov (Adil Nağıyev, 88), Elşən Abdullayev, Ruslan Abışov (kap.), Məqsəd İsayev, Azər Salahlı, Vüqar Mustafayev, Ağabala Ramazanov, Mahir Mədətov (Orxan Əliyev, 86). Baş məşqçi: Yaşar Vahabzadə.

15 may / "AZAL Arena"

Kamerun - Səudiyyə Ərəbistanı 3:0

Mərakeş - Azərbaycan 0:0

Bakı. "Bayıl Arena".

Hakimlər: Giorgi Kruaşvili - Zaza Menteşaşvili, Giorgi Elikaşvili - Boris Qluşçuk (Gürcüstan).

Sarı vərəqələr: Məhyu, 7, Mufi, 35, Attia-Əllal, 45, Əl Həsuni, 57, Sabbar, 80, Əl Huəsli, 81, Əl Ayu, 82//Mustafayev, 59.

Azərbaycan: Şahruddin Məhəmmədəliyev, Sadiq Quliyev, Rəşad Ə.Sadiqov (Adil Nağıyev, 24), Coşqun Diniyev (Elvin Camalov, 82), Elşən Abdullayev, Ağabala Ramazanov, Mahir Mədətov, Ruslan Abışov (kap.), Məqsəd İsayev (Tellur Mütəllimov, 89), Azər Salahlı, Vüqar Mustafayev. Baş məşqçi: Yaşar Vahabzadə.

1. Kamerun 3 1 2 0 4-1 5

2. Azərbaycan 3 1 2 0 2-0 5

3. Mərakeş 3 1 2 0 2-1 5

4. S.Ərəbistanı 3 0 0 3 0-6 0

"B" qrupu / 11 may / "AZAL Arena":

Oman - Türkiyə 3:2,

Fələstin - Əlcəzair 0:1.

"AZAL Arena":

15 may / "AZAL Arena":

Oman - Əlcəzair 1:1

Türkiyə - Fələstin 4:3

"Bayıl Arena"

1. Əlcəzair 3 2 1 0 4-2 7

2. Oman 3 1 2 0 6-5 5

3. Türkiyə 3 1 0 2 7-8 3

4. Fələstin 3 0 1 2 5-7 1

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"