"Burda bizə qarşı çox insafsız davrandılar, problem yaratdılar"

16 May 2017 08:24 İslam Oyunları 656
"Burda bizə qarşı çox insafsız davrandılar, problem yaratdılar"

"Əvvəlcə İslamiadanın təşkilatçılarına təşəkkür edirəm. Burda qalib gəlmək istəyirdik. Lakin müəyyən çətinliklərə üzləşdik. Bu yarış qardaşlığın nümayişi oldu" - bu sözləri 23 yaşadək futbolçulardan ibarət Mərakeşin baş məşqçisi Camal Sellami IV İslam Həmrəyli Oyunlarının qrup mərhələsinin IIl turunda millimizlə qolsuz heç-heçədən sonra deyib.

Sportinfo.az xəbər verir ki, o, gürcüstanlı görüşün hakimlərinin komandasına qarşı haqsızlıq etdiyini bildirib: "Burda qəribəliklə qarşılaşmışıq. Hakimlərin insafsız yanaşmasının qurbanı olduq. Ola bilsin ki, hakimlər gürcüstanlı idilər, bəzi məsələri başa düşmürlər. Oyundan sonra rəqibin otağına getdim, təbrik elədim, bunlar öz yerində.

Lakin hakimlərin idarəçiliyi çox pis idi. Təkcə bu oyunda yox, digər qarşılaşmalarda ədalətsizliklə üzləşdik. Çox insafsız davrandılar. Bizə çox problem yaratdılar. Hər üç matçımızda hakimlərin təzyiqi ilə üzləşmişdik, ancaq sonuncu oyunda bu, xüsusi hiss olunurdu. İkinci hissədə hakim 3 dəqiqə əlavə etdi.

Halbuki hissə ərzində dəyişiklik olmamışdı. Daha sonra penalti epizodu var idi, hamınız onu gördünüz. Azərbaycan millisi bu oyunla Əlcəzairə qalib gələ bilərmi?Mən onların oyunlarını izləməmişəm, ancaq bildiyim qədər güclü komandadı. Onlar 2020-ci il Olimpiya Oyunlarına hazırlaşırlar və komanda o məqsədlə yaradılıb".

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"