Azərbaycan üzgüçüsü İslamiadada daha bir qızıl qazandı

16 May 2017 00:08 İslam Oyunları 373
Azərbaycan üzgüçüsü İslamiadada daha bir qızıl qazandı

Azərbaycanı "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında təmsil edən üzgüçü Maksim Şemberev daha bir qızıl medal qazanıb. Sportinfo.az xəbər verir ki, Şemberev 400 metr məsafəyə fərdi kompleks yarışının qalibi olub. O, finişə 4 dəqiqə 16,56 saniyəyə çatıb.

Gümüş medalı 4 dəqiqə 24,32 saniyə nəticə ilə türkiyəli Batuhan Hakan, bürünc medalı isə 4 dəqiqə 24,93 saniyə göstərici ilə indoneziyalı Aflah Pravira əldə edib. Maksim Şemberev 1500 metr məsafəyə sərbəst üzmədə də qızıl medal qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"