Azərbaycanı "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında təmsil edən kişi idman gimnastı Bençe Talas daha bir qızıl medal qazanıb. Sportinfo.az xəbər verir ki, Talas turniklə hərəkətlərdə 14,000 xalla birinci yeri tutub. Sonrakı yerləri türkiyəli gimnastlar - Ferhat Arıcan (13,250) və Ahmet Önder (13,200) tutub. Beləliklə, Azərbaycan idman gimnastları fərdi yarışları 4 qızıl, 4 gümüş, 2 bürünc medalla başa vurublar.
Bençe Talas həmçinin dəstəkli gimnastika atı ilə hərəkətdə 14,250 xalla birinci yeri tutub. İranlı Səidrza Keyxa 14,200 xalla gümüş, qətərli Ahmed Aldyani 13,600 xalla bürünc medala sahib olub. Azərbaycanın bu növdə daha bir təmsilçisi Murad Ağarzayev 12,700 xalla 5-ci yeri tutub.
Yuliya İnşina qızıl medal qazanıb. İnşina sərbəst hərəkətlərdə 13,100 xalla birinci yeri tutub. Qadınlar arasında gimnastika tiri üzərində hərəkətlərdə 12600 xalla gümüş, Yuliya İnşina 12250 xalla bürünc medala sahib olub.
