23 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında yarımfinala yüksəlib. Sportinfo.az-ın əlumatına görə, Yaşar Vahabzadənin baş məşqçi olduğu komanda A qrupunda 3-cü tur matçında Mərakeş ilə qolsuz heç-heçə edib.
Qrupun digər oyununda Kamerun Səudiyyə Ərəbistanını darmadağın edib - 3:0. Bu nəticələrdən sonra Kamerun, Azərbaycan və Mərakeş hərəyə 5 xalla ilk 3 pillədə qərarlaşıblar. Lakin daha yaxşı top fərqi səbəbindən Kamerun 1-ci, Azərbaycan 2-ci pillənin sahibi kimi növbəti mərhələyə yüksəlib.
Mərakeş isə 1 xala malik Səudiyyə Ərəbistanı ilə birgə qrupda qalıb. Azərbaycan yığması yarımfinalda B qrupunu qalibi Əlcəzair millisi ilə qarşılaşacaq. Oyun mayın 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
A qrupu
Mərakeş - Azərbaycan 0:0
Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 5. Sadiq Quliyev, 6. Rəşad Sadiqov, 7. Coşqun Diniyev, 8. Elşən Abdullayev, 9. Ağabala Ramazanov, 11. Mahir Mədətov, 15. Ruslan Abışov (k), 19 Məqsəd İsayev, 20. Azər Salahlı, 21. Vüqar Mustafayev
Ehtiyat oyunçular: 12. Tərlan Əhmədli, 22. Emil Balayev, 2. Rahil Məmmədov, 3. Azad Kərimov, 4. Adil Nağıyev, 16. Elvin Camalov, 10. Orxan Əliyev, 13. Elnur Cəfərov, 14. Yusif Nəbiyev, 17. Mirabdulla Abbasov, 18. Tellur Mütəllimov, 23. Fəhmin Muradbəyli
Baş məşqçi: Yaşar Vahabzadə
Kamerun - Səudiyyə Ərəbistanı 3:0
1 Azərbaycan 2 1 1 0 2-0 4
2 Mərakeş 2 1 1 0 2-1 4
3 Kamerun 2 0 2 0 1-1 2
4 SəudiyyəƏrəbistanı 2 0 0 2 0-3 0
B qrupu
Türkiyə - Fələstin 4:3
Oman - Əlcəzair 1:1
1 Əlcəzair 3 2 1 0 4-2 7
2 Oman 3 1 2 0 6-5 5
3 Türkiyə 3 1 0 2 7-8 3
4 Fələstin 3 0 1 2 5-7 1
