IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idman gimnastları daha 2 medal qazanıb. Sportinfo.az xəbər verir ki, qadınlar arasında gimnastika tiri üzərində hərəkətlərdə 12600 xalla gümüş, Yuliya İnşina 12250 xalla bürünc medala sahib olub.
Yekaterina Tişkova gümüş medal qazanıb. "Report"un məlumatına görə, Tişkova müxtəlif hündürlüklü qollarla hərəkətlərdə 12,450 xal toplayıb. Türkiyəli Demet Mutlu 12,750 xalla qızıl, Ekin Morova isə 11,900 xalla bürünc medal əldə edib.
Kişi idman gimnastı Bençe Talas da gümüş medal qazanıb. O, halqalarla çıxışda Talas 14,500 xal toplayıb.
Türkiyəli İbrahim Çolak 15,250 xalla qızıl, iranlı Hadi Xanarinejad 13,850 xalla bürünc medala sahib olub.
Marina Nekrasova gümüş medal qazanıb. Dayaqla tullanmada 13,700 xal toplayıb. Qızıl medalı özbəkistanlı Oksana Çusovitina 14,250 xalla qızıl, indoneziyalı Rifda İrfanalutfi 13,025 xalla bürünc medala yiyələnib.
