IV İslam Həmrəyliyi Oyunlarında çıxış edən Azərbaycanın cüdo komandası finala yüksəlib. Sportinfo.az xəbər verir ki, təşkilatçı ölkə təmsilçisi yarımfinalda Özbəkistanı üstələyib - 4:1.
Bunadək Azərbaycan komandası Qırğızıstan və Türkiyəni yenib. Finalda rəqib Qazaxıstan - Əlcəzair görüşünün qalibi olacaq.
