"Belə bir vəziyyət bizimlə olsaydı, yəqin biz də elə deyərdik"

15 May 2017 09:12 İslam Oyunları 438
"Belə bir vəziyyət bizimlə olsaydı, yəqin biz də elə deyərdik"

"Deyə bilərəm ki, oyunda qarşımıza qoyulan tapşırıqların 70 faizini yerinə yetirdik" - Sportinfo.az xəbər verir ki, bunu Azərbaycanın həndbol üzrə milli komandasının üzvü, İslamiadanın qalibi Marina Tankaskaya deyib.

Onun sözlərinə görə, ikinci hissədə komanda azacıq yorulub və ona görə də iki komanda arasında fərq azalıb: "Amma biz toparlana bildik və oyunun axarını öz xeyrimizə dəyişdik. Bizə həmçinin doğma divarlar arasında oynamağımız da kömək etdi" .

Rəqib türk komandasının hakimdən narazılığına toxunan M. Tankaskaya deyib ki, komanda uduzanda çox vaxt hakimləri tənqid edir: "Belə bir vəziyyət bizimlə olsaydı, yəqin biz də elə deyərdik. Bu, normal reaksiyadır".
M. Tankaskaya onu da deyib ki, oyundan sonra Azərbaycan idman və gənclər naziri Azad Rəhimov oyunçuları təbrik edib, qızıl medal qazanmalarından razılıq edib.

M. Tankaskaya Azərbaycanın həndbol üzrə kişi yığmasının uğursuzluğundan da danışıb. Onun sözlərinə görə, komanda daha çox son oyunda, Əlcəzairlə oyunda özünü tam gücündə göstərə bilməyib və nəticə də göz qabağında olub.

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"