"Əslində, məğlub olanda çox hirslənirəm, Azərbaycana uduzmağımıza görə..." - Türk hoca

15 May 2017 08:36 İslam Oyunları 600
"Əslində, məğlub olanda çox hirslənirəm, Azərbaycana uduzmağımıza görə..." - Türk hoca

"Azərbaycanla final oyununun çətin olacağını əvvəldən bilirdik. Çünki Azərbaycan yığması çox güclü rəqibdir. Əslində məğlub olanda çox hirslənirəm, amma Azərbaycan bizim üçün qardaş dövlətdir və bu ölkənin yığmasını qələbə münasibəti ilə təbrik edirəm".

Sportinfo.az xəbər verir ki, bunu Türkiyənin qadınlardan ibarət həndbol üzrə yığma komandasının üzvü, İslamiadanın gümüş medal mükafatşısı Özel Yeliz deyib. O, qeyd edib ki, komandanın uduzmasında əsas səbəblərdən biri yığmanın iki əsas üzvünün zədə alması olub:

"Doğrudu, ilk yarışda pis çıxış etdik. Amma ikinci hissədə Azərbaycanı xeyli yorduq. Eyni zamanda, nəzərə almaq lazımdır ki, Azərbaycan yığması doğma meydançada oynayıb. Bu amil də onlara kömək olub. Hakimlik də öz rolunu oynadı".

Azərbaycanın qadınlardan ibarət həndbol yığması finalda Türkiyə komandasını 28:26 hesabı ilə məğlub edib. Ö.Yeliz həmçinin Marina Tankaskayanın oyununu yüksək dəyərləndirib: "Təcrübəli olmaq vacibdir. O, da oyunda son qolunu vurdu".

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"