IV İslam Həmrəylik Oyunları çərçivəsində keçirilən qadınlar arasında həndbol yarışında final oyunu başa çatıb. Sportinfo.az xəbər verir ki, Azərbaycan yığması Türkiyə millisini 28:26 hesabı ilə məğlub edərək, İslamiadanın qızıl medallarını qazanıb. Qalib komandada ən çox - 8 qolu Alla Çernışkova vurub. Bürünc medalı Özbəkistan üzərində 41:25 hesabı ilə qalib gələn Kamerun yığması qazanıb.
