"Mən buna görə müsəlman deyiləm, pul o insanı döndərir ki..."

15 May 2017 00:34 İslam Oyunları 703
"Mən buna görə müsəlman deyiləm, pul o insanı döndərir ki..."

"Rəqibimlə 4 dəfə qarşılaşmışdım və sonuncu dəfə mən udmuşdum. Öz divarlarımız arasında idi və udmalı idim" - Sportinfo.az xəbər verir ki, bunu "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında 90 kq çəkidə cüdoçuların mübarizəsində qızıl medal qazanan Məmmədəli Mehdiyev deyib.

M.Mehdiyevin sözlərinə görə, Avropa çempionatındakı son uğursuzluğundan sonra bu oyun özünü sübut etməyə kömək edib: "Bütün görüşlərim çətin idi. Final isə lap çətin idi. Məsuliyyət idi".

"Qazanılan pul o insanı döndərir ki, o, buna meyllidir. Mənim belə fikrim yoxdur. Biz İslamiadaya görə müsəlman deyilik, özümüzə görə müsəlmanıq" - deyə o bildirib.

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"