“Bir az “boşaldım”, çünki özümüzünkülərlə güləşə bilmirəm"

15 May 2017 00:24 İslam Oyunları 662
“Bir az “boşaldım”, çünki özümüzünkülərlə güləşə bilmirəm"

“İkinci yer də pis nəticə deyil. Təbii ki, qızıl qazanmaq istərdim. Lakin bir az texniki səhvə yol verdim” Sportinfo.az xəbər verir ki, bunu "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanan Azərbaycan cüdoçusu Rüstəm Orucov deyib.

Finalda digər Azərbaycan cüdoçusu Hidayət Heydərova uduzan R.Orucov yerli cüdoçulara qarşı mübarizə aparmaqda çətinlik çəkdiyini etiraf edib. 73 kq. çəki dərəcəsində mübarizə aparan 26 yaşlı idmançı bildirib ki, əslində, qalib gələcəyini düşünüb:

“Özümüzünkülərlə güləşə bilmirəm. Bizimkilərlə tatamiyə başqa cür çıxıram. Əslində, yaxşı başlamışdım. Elə bildim ki, qalib gələcəyəm. Sadəcə olaraq, bir az “boşaldım” və rəqib də bundan istifadə etdi".

Parisdə keçiriən “Böyük Dəbilqə” turnirində də H.Heydərova uduzan R.Orucov onunla yenidən görüşmək istədiyini gizlətməyib: "Sevinirəm ki, rəqibim var. 2020-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarına qədər aramızda güclü rəqabət gedəcək. Onunla dünya çempionatında da qarşılaşmaq istərdimmi? Təki elə olsun”.

26 yaşlı cüdoçu çəkisini dəyişmək haqda düşünmədiyini söyləyib. O, güclü rəqabətin tərəfdarı olduğunu vurğulayıb. Rüstəm Orucov 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı və Avropa çempionudu.

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"