Azərbaycan karateçiləri İslamiadanı 10 medalla tamamladı

15 May 2017 00:16 İslam Oyunları 502
Azərbaycan karateçiləri İslamiadanı 10 medalla tamamladı

Azərbaycan karateçiləri "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarını 10 medalla başa vurub. Sportinfo.az xəbər verir ki, daha 5 medal qazanılıb. Kişilərin mübarizəsində Ayxan Mamayev (84 kq) kimitedə, Roman Heydərov kata növündə qalib olub. Qadınlardan İrina Zaretska (68 kq) qızıl medala sahib olub.

Finalda türkiyəli Meltem Hocaoğluna 2:6 hesabı ilə uduzan Fəridə Əliyeva (+68 kq) gümüş, Səudiyyə Ərəbistanından olan Tareq Hamedini 4:2 hesabı ilə yenən Asiman Qurbanlı (+84 kq) isə bürünc medala sahib olub. İlk yarış günündə Rafael Ağayev (75 kq) və Fəridə Abiyeva (61 kq) qızıl, İlahə Qasımova (55 kq) gümüş, Firdovsi Fərzəliyev (60 kq) və Nuranə Əliyeva (50 kq) bürünc medala sahib olub.

Ayxan Mamayev qızıl medal qazanıb. "Report"un məlumatına görə, 84 kq çəki dərəcəsində çıxış edən Mamayev finalda türkiyəli Alparslan Yamanoğlunu yenib - 1:0. Roman Heydərov qızıl medal qazanıb. "Report"un məlumatına görə, kata yarışında çıxış edən Heydərov finalda türkiyəli Mehmet Yakanı üstələyib - 3:2.


İrina Zaretska qızıl medal qazanıb. "Report"un məlumatına görə, 68 kq çəki dərəcəsində çıxış edən Zaretska finalda türkiyəli Eda Eltemuru məğlub edib - 6:0. Bu, Azərbaycan karateçilərinin İslamiadada 3-cü qızıl medalı, ümumilikdə isə 6-cı medalı olub.

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"