Cüdoçularımız İslamiadanı 6 qızıl, 7 gümüş medalla başa vurdu

15 May 2017 00:08 İslam Oyunları 455
Cüdoçularımız İslamiadanı 6 qızıl, 7 gümüş medalla başa vurdu

Azərbaycanı "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında təmsil edən qadın cüdoçu İrina Kindzerska gümüş medal qazanıb. Sportinfo.az xəbər verir ki, 78 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən Kindzerska finalda türkiyəli Kayra Sayitə 2 dəqiqə 27 saniyəyə ipponla uduzub. Beləliklə, Azərbaycan cüdo millisi İslamiadanı 6 qızıl, 7 gümüş medalla başa vuraraq, komanda hesabında 1-ci olublar.

Elxan Məmmədov qızıl medal qazanıb. 100 kq çəki dərəcəsində çıxış edən Məmmədov finalda öz həmyerlisi Elmar Qasımovu xəbərdarlıq xalları sayəsində yenib. Bu, Azərbaycan cüdoçularının İslamiadada 6-cı qızıl medalı olub.

Məmmədəli Mehdiyev qızıl medal qazanıb. 90 kq çəki dərəcəsində çıxış edən Mehdiyev finalda əlcəzairli Abderrahman Benamadini 2 dəqiqə 46 saniyəyə ipponla yenib. Bu, Azərbaycan cüdoçularının İslamiadada 5-ci, ümumilikdə 13-cü qızıl medalı olub.

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"