COP29

"Gələn yarışlarda ikini yox, birinci yeri tutmağa çalışacam".

14 May 2017 17:36 İslam Oyunları 334
"Gələn yarışlarda ikini yox, birinci yeri tutmağa çalışacam".

"İslam Oyunlarında iştirak etməyimə çox şadam. Xoşbəxtəm. Özümə çox inanırdım" - Sportinfo.az xəbər verir ki, bunu cüdo üzrə gümuş medal qazanan paralimpiyaçı Turanə Ağayeva deyib. Cüdoçu deyib ki, qarşıda bir neçə qran-pridə, Avropa və dünya çempionatlarında, həmçinin "Tokio 2020"də iştirak etməyi planlaşdırır.

T.Ağayeva rəqibinə məğlub olmasına da aydınlıq gətirib: "Finalda qalib olmaq istəyərdim, amma rəqibim Ramilə məndən həm yaş, həm də təcrübə baxımından üstün idi. Əsas odur ki, Azərbaycan himni səsləndi. Gələn yarışlarda ikiini yox, birinci yeri tutmağa çalışacam".

Digər Xəbərlər
Xəbər Lenti
28 May 20:30 Qarabağda İŞ VAR!