Azərbaycanın gimnastika üzrə komandası qızıl medal qazandı

14 May 2017 16:24 İslam Oyunları 422
Azərbaycanın gimnastika üzrə komandası qızıl medal qazandı

IV İslam Həmrəyliyi Oyunlarında çıxış edən Azərbaycanın idman gimnastikası üzrə qadınlardan ibarət komandası qızıl medal qazanıb. Sportinfo.az xəbər verir ki, tərkibi Yuliya İnşina, Marina Nekrasova və Yekaterina Tişkovadan ibarət heyət sərbəst hərəkətlər və gimnastika tirində də çıxışlarını yüksək nəticələrlə başa vurublar.

Dayaqla tullanma və müxtəlif hündürlüklü qollarda ötən gün əldə etdiyi nəticələr də nəzərə alınmaqla, Azərbaycan 99,300 xalla 1-ci yeri tutub. Türkiyə 96,050 xalla 2-ci, İndoneziya 92,050 xalla 3-cü olub. Bu, Azərbaycanın 11-ci qızıl medalı, ümumilikdə isə 23-cü medalı olub.

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"