"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarının VI yarış günündə 12 idman növü üzrə mübarizə gedib. Sportinfo.az-ın məlumatına görə, futbol, həndbol, voleybol, tennis və bədii gimnastikadan sonra cüdo/paracüdo, karate, atıcılıq, üzgüçülük, ağırlıqqaldırma, idman gimnastikası və su polosu üzrə yarışlara start verilib.
Onlardan yarısında - bədii gimnastika, cüdo/paracüdo, karate, atıcılıq, üzgüçülük və ağırlıqqaldırmada medallar sahiblərini tapmağa başlayıb. Günün ilk diqqətçəkən xəbəri həndbolçu qadınlardan ibarət Azərbaycan yığmasının Özbəkistanı yenərək, finala yüksəlməsi olub. Həlledici görüşdə rəqib Türkiyə olacaq.
Voleybolda II turun oyunları baş tutacaq. Azərbaycanın kişilərdən ibarət komandası, qadın millisi Tacikstanı çətinlik çəkmədən yenib. Əvəzində su polosu və tennisdə məğlubiyyətlər sıralanıb. Azərbaycan su polosu yığması İrana, kişi tennisçilər Qətərə, qadın tennisçilər Türkmənistana uduzublar.
Azərbaycanın 6 karateçisindən 5-i medal qazanıb. Bayraqdar Rafael Ağayev (75 kq), Fəridə Abiyeva (61 kq) qızıl, İlahə Qasımova (55 kq) gümüş, Firdovsi Fərzəliyev (60 kq) və Nuranə Əliyeva (50 kq) bürünc medala sahib olub. Yalnız Niyazi Əliyev (67 kq) 1/4 finalda uduzaraq, medalsız qalıb.
Boksda Məsud Yusifzadə (52 kq), Kamran Şahsuvarlı (75 kq) və Rauf Rəhimov (81 kq) bacarığını nümayiş etdirəcək. Bundan başqa 4 qadın paracüdoçu və 4 kişi, 6 qadın cüdoçu qalib adı uğrunda mübarizə aparacaq.
Ağırlıqqaldırma növündə 1 kişi və 3 qadın idmançı "körpücük" üzərinə çıxacaq. Üzgüçülük növündə Azərbaycan bu gün yalnız kişilərin yarışında təmsil olunacaq. Onlardan 200 m məsafəyə arxa üstə üzgüçülükdə Boris Kirillov, eləcə də 4 ✕ 100m məsafəyə sərbəst estafetdə Azərbaycan komandası finala qatılacaq.
Bədii gimnastika növündə gürz və lentlə hərəkətlər yekunlaşdıqdan sonra həm finalçılar, həm də Azərbaycanın komanda çoxnövçülüyündə finalda tutacağı yer müəyyənləşəcək. İdman gimnastikasında kişi və qadınlar müxtəlif hərəkətlər üzrə təsnifat mərhələsinə başlayacaqlar. Atıcılıq növündə 2 kişi və 8 qadın idmançı qüvvəsini sınayacaq. Nəhayət, tennisçi kişi və qadınların komanda yarışında Azərbaycanın 2-ci tur rəqibləri Qətər və Türkmənistan olacaq.
13 may (şənbə)
Bədii gimnastika (18:30 – 20:45)
Qadınlar
Gürzlər və lent (təsnifat mərhələsi): Jalə Piriyeva, Marina Durunda, Zöhrə Ağamirova
Komanda (medal mərasimi)
Milli Gimnastika Arenası
Paracüdo (10:00 - 20:45)
Qadınlar
57 kq
1/4 final. Sevda Vəliyeva - Sevinc Salayeva (Özbəkistan)
1/2 final. Sevda Vəliyeva - Şeren Abdellaui (Əlcəzair)
1/2 final. Afaq Sultanova - Zeynep Çelik (Türkiyə)
FİNAL. Sevda Vəliyeva - Afaq Sultanova
70 kq
1/2 final
Turanə Ağayeva - Aytən Özyürük (Türkiyə) - 39 saniyəyə ippon
Ramilə Kaştayeva - Gülruh Rəhimova (Özbəkistan) - 5 saniyəyə ippon
FİNAL
Turanə Ağayeva - Ramilə Kaştayeva
Cüdo
Kişilər
60 kq
1/4 final. Orxan Səfərov - Əli Xusrof (Yəmən) - 48 saniyəyə ippon
1/2 final. Orxan Səfərov - Otar Bestayev (Qırğızıstan)
FİNAL. Orxan Səfərov - Bekir Özlü (Türkiyə) - ipponla qələbə
66 kq
1/4 final. Nicat Şıxəlizadə - Eysa Majraşi (Səudiyyə Ərəbistanı) - qızıl xalla qələbə
1/2 final. Nicat Şıxəlizadə - Alireza Xojasti (İran) - 3 dəqiqə 24 saniyəyə ippon
FİNAL. Nicat Şıxəlizadə - Houd Zurdani (Əlcəzair) - 45 saniyəyə ippon
73 kq
1/8 final. Rüstəm Orucov - Behruzi Xojazoda (Tacikistan) - 2 dəqiqə 45 saniyəyə ippon
1/4 final. Rüstəm Orucov - Yunis Odat Eyal Slman (İordaniya) - 1 dəqiqə 54 saniyəyə ippon
1/2 final. Rüstəm Orucov - Hasan Vanlıoğlu (Türkiyə)
1/8 final. Hidayət Heydərov - Frederik Adebayo Olimpio (Toqo) - 68 saniyəyə ippon
1/4 final. Hidayət Heydərov - Bekadil Şaymerdenov (Qazaxıstan) - qızıl xalla qələbə
1/2 final. Hidayət Heydərov - Qiyosjon Boboyev (Özbəkistan) - 55 saniyəyə ippon
FİNAL. Hidayət Heydərov - Rüstəm Orucov - ipponla qələbə
Qadınlar
48 kq
Yarımfinal. Aişə Qurbanlı - Ayah Kitaneh (İordaniya) - 44 saniyəyə ipponla qələbə
1/4 final. Bazarraqça Erdenebat - Saltanat Sultanbekova (Qazaxıstan) - 3 dəqiqə 14 saniyəyə ippon
1/2 final. Bazarraqça Erdenebat - Vəfa İdrissi Şorfi (Mərakeş) - 3 dəqiqə 38 saniyəyə ippon
FİNAL. Aişə Qurbanlı - Bazarraqça Erdenebat - 0:1
52 kq
1/4 final. Nəzakət Əzizova - Ester Korin Evala Bondim (Qabon) - 49 saniyəyə ippon
1/2 final. Nəzakət Əzizova - Diyora Keldiyorova (Özbəkistan) - qızıl xalla qələbə
Final. Nəzakət Əzizova - İrem Korkmaz (Türkiyə)
57 kq
1/8 final. İçinxorlo Munxtsedev - Hadil Elalmi (İordaniya)
1/4 final. İçinxorlo Munxtsedev - Ratiba Tariket (Əlcəzair) - 53 saniyəyə məğlubiyyət
Təsəlliverici görüş. İçinxorlo Munxtsedev - Amangül Allanazarova (Özbəkistan) - 2 dəqiqə 23 saniyəyə ippon
Bürünc medal görüşü. İçinxorlo Munxtsedev - Zuleyxa Abzetta Dabon (Kot dİvuar) - 43 saniyəyə ippon
1/8 final. Kifayət Qasımova - Yusra Əlbuhayri (Mərakeş) - 1 dəqiqəyə ipponla qələbə
1/4 final. Kifayət Qasımova - Kseniya Beldyagina (Qırğızıstan) - 2 dəqiqə 34 saniyəyə ippon
1/2 final. Kifayət Qasımova - Zuleyxa Abzetta Dabon (Kot dİvuar) - qələbə
FİNAL. Kifayət Qasımova - Ratiba Tariket (Əlcəzair)
63 kq
1/4 final. Xanım Hüseynova - Ayna Jumakuliyeva (Türkmənistan) - 1 dəqiqə 29 saniyəyə ippon
1/2 final. Xanım Hüseynova - Meryem Byaui (Tunis) - qələbə
FİNAL. Xanım Hüseynova - Büsra Katipoğlu (Türkiyə)
Heydər Əliyev adına Arena
Karate (10:00 – 21:00)
Kumite
Kişilər
50 kq
1/4 final. Nuranə Əliyeva - Rozan Alda Ajeh (İordaniya) - 0:0
1/2 final. Nuranə Əliyeva - Nasrin Dusti (İran) - 0:1
Bürünc medal görüşü. Nuranə Əliyeva - Srunita Sukatendel (İndoneziya) - 2:1
55 kq
1/8 final. İlahə Qasımova - Saja Abbasi (Fələstin) - 8:1
1/4 final. İlahə Qasımova - Cok İstri Aqunq Sanistryani (İndoneziya) - 7:0
1/2 final. İlahə Qasımova - Məcidə Əlbəşəyrə (İordaniya) - 3:0
FİNAL. İlahə Qasımova - Yassmin Attia (Misir) - 0:0 (hakimlərin qərarı ilə)
61 kq
1/8 final. Fəridə Abiyeva - Viktorin Koro (Çad) - 8:0
1/4 final. Fəridə Abiyeva - Ahya Aureli Estelle Kuassi (Kot dİvuar) - 2:0
1/2 final. Fəridə Abiyeva - Barno Mirzəyeva (Özbəkistan) - 3:2
FİNAL. Fəridə Abiyeva - Rozita Alipurkeşkaal (İran) - 3:0
Kişilər
60 kq
1/8 final. Firdovsi Fərzəliyev - Muhammad Fidali Sanif (Bruney) - 6:0
1/4 final. Firdovsi Fərzəliyev - Sentil Kumaran Silvaraju (Malayziya) - 0:0
1/2 final. Firdovsi Fərzəliyev - Aykut Kaya (Türkiyə) - 0:1
Bürünc medal görüşü. Firdovsi Fərzəliyev - Suryadi Suryadi (İndoneziya) - 6:0
66 kq
1/8 final. Niyazi Əliyev - Nasir Ahmed (Pakistan) - 4:0
1/4 final. Niyazi Əliyev - Əli Əlsavi (Misir) - 0:2
75 kq
1/8 final. Rafael Ağayev - Erman Eltemur (Türkiyə) - 3:0
1/4 final. Rafael Ağayev - Sultan əl-Zəhrani (Səudiyyə Ərəbistanı) - 7:2
1/2 final. Rafael Ağayev - Şarmendran Raqonatan (Malayziya) - 5:0
FİNAL. Rafael Ağayev - Sədi Qulam Abbas (Pakistan) - 4:0
Bakı İdman Zalı
Atıcılıq
Kişilər
09:00. 10 m məsafəyə pnevmatik tüfəngi ilə atəş (təsnifat və final mərhələsi, medal mərasimi) - Əli Məcidli təsnifat mərhələsində 17-ci yer tutduğu üçün finala yüksələ bilməyib.
09:00. 25 m məsafəyə tapançadan mərkəzə atəş (təsnifat mərhələsi və medal mərasimi) - Ruslan Lunyov qızıl medal qazanıb.
Qadınlar
09:30. Səngər stendi (təsnifat və final mərhələsi, medal mərasimi) - Şəfəq Əmrahova gümüş medal qazanıb, Aydan Camalova 6-cı yeri tutub.
10:30. 25 m məsafəyə tapança ilə atəş (təsnifat mərhələsi) - İradə Aşumova, Nigar Nəsirova, Zərifə Qasımova
11:30. 10 m məsafəyə pnevmatik tüfəngi ilə atəş (təsnifat və final mərhələsi, medal mərasimi) - Təsnifat mərhələsində Jalə Bayramova 10-cu, Xəyalə Hüseynli 11-ci, Nəzrin Salamzadə 21-ci yeri tutub. Hər 3 atıcı finala yüksələ bilməyib.
Atıcılıq Mərkəzi
Üzgüçülük (10:00 – 19:30)
Kişilər
10:00. 50 m brass. Seçmə mərhələ - Vəli İsrafilov 32,48 saniyə nəticə ilə 6-cı yeri tutub və mübarizəni dayandırıb.
10:08. 400 m sərbəst. Təsnifat (Azərbaycan təmsilçisi yoxdur)
17:18. Final. 200 m arxa üstə - Boris Kirillov 2 dəqiqə 4,28 saniyə nəticə ilə 4-cü yeri tutub.
18:01. 100 m batterflyay (Delfin). 1-ci yarımfinalda Dmitri Saley 57,32 saniyə, 2-ci yarımfinalda Yevgeni Lazuka 56,50 saniyə nəticə ilə 4-cü yeri tutub. Hər iki üzgüçü finala yüksəlib.
18:51. 4 ✕ 100m sərbəst estafet. Final. Tərkibi Boris Kirillov, Nikolay Trapov, Dmitri Saley və Dorian Fazekasdan ibarət Azərbaycan komandası 3 dəqiqə 35,38 saniyə nəticə ilə 5-ci yeri tutub.
Qadınlar
800 m sərbəst, 200 m fərdi kompleks, 50 m brass, 100 m arxa üstə, 200 m fərdi kompleks (Azərbaycan təmsilçisi yoxdur)
Su İdman Sarayı
Ağırlıqqaldırma (12:00 - 18:00)
