Millimizin tapıntısı: "O. mənə uduzmasına görə pis olmuşdu"

14 May 2017 13:24 İslam Oyunları 739
Millimizin tapıntısı: "O. mənə uduzmasına görə pis olmuşdu"

“Çemponluğu gözləyirdim. Buna köklənmişdim. Şadam ki, qalib gəldim. Növbəti hədəfin Budapeştdə və bakıda keçiriləcək dünya çempionatında qələbədi" - Sportinfo.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında IV İslam Həmrəyliyi Oyunlarında 73 kq çəki dərəcəsində qızıl medal qazanmış Azərbaycan cüdoçusu Hidayət Heydərov deyib.

O, dünya çempionatına maksimum səylə hazırlaşdığını bildirib: "Olimpiya mükafatçısına qalib gəlmək yaxşı hissdir. Rüstəm məğlubiyyətə pis olmuşdu. Amma bu komanda daxilində heç bir problem yaratmır. Biz peşəkar idmançılarıq. Ümid edirəm ki, finalda udduğum Rüstəm Orucovla birgə Budapeştdə və Bakıdakı çempionatda iştirak edərik. Birinci yeri tutduğum üçün arxayın deyiləm. Bir qızıl medalla arxayınçılıq olmur”.

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"