"Bilmirəm nə danışım, bu dəfə məğlub ola bilməzdim"

14 May 2017 12:36 İslam Oyunları 476
"Bilmirəm nə danışım, bu dəfə məğlub ola bilməzdim"

"Çox həyəcanlıyam. Güclü hazırlaşmışdım. İnamlı qələbə qazandım. Sevincimin həddi-hüdudu yoxdur, bilmirəm nə danışım" - Sportinfo.az xəbər verir ki, bunu "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazan Azərbaycan karateçisi Fəridə Abiyeva deyib.

61 kq çəkidə mübarizə aparan idmançı bildirib ki, ən çətin görüşü yarımfinalda özbəkistanlı Barno Mirzəyevaya qarşı olub: "Ona əvvəlki iki yarışda uduzmuşdum. Bu dəfə məğlub ola bilməzdim. Qələbəni Azərbaycan xalqına həsr edirəm".

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"