"Bu gün etdiyim səhvləri sabah təkrarlamamağa çalışacam"

14 May 2017 11:48 İslam Oyunları 477
"Bu gün etdiyim səhvləri sabah təkrarlamamağa çalışacam"

"Çox şadıq ki, bütün ölkənin ümidlərini doğrulda bildik. Bu gün mükafatlandırma mərasimində Azərbaycan himnini oxumaq bizim üçün şərəf idi" - Sportinfo.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanan Azərbaycanın bədii gimnastika komandasının üzvü Marina Durunda deyib. M.

Durunda bildirib ki, bugünki qalibiyyət hissini sözlə ifadə etmək çətindir: "Bizi hər zaman həm tamaşaçılar, həm federasiyada dəstəkləyirlər. Onlar bizim dayağımızdı". O əlavə edib ki, yarışlarda onların ən çətin rəqibi ikinci yer tutan Özbəkistan komandası olub. Fərdi yarışlardakı finalla da bağlı fikirlərini bölüşdürən M. Durunda vurğulayıb ki, bu gün etdiyi səhvləri sabah təkrarlamamağa çalışacaq.

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"