"Əslində qızıl medal gözləyirdim. Dizimdə zədə var idi. Ona görə də "gümüş" qazandım" - Sportinfo.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında 57 kq. çəki dərəcəsində 2-ci yeri tuan Azərbaycan cüdoçusu Kifayət Qasımova deyib.
K.Qasımova karyerası ilə bağlı qərarsız olduğunu bildirib: "Hələ karyeramı bitirmək və ya davam etdirməklə bağlı qərar verməmişəm. Fikrimdə var idi ki, bu yarışda qızıl qazanım və karyeramı bitirim".
