"Sondakı kimi işləsəydim, udardım" - Millimizin Nəzakəti

14 May 2017 09:36 İslam Oyunları 479
"Sondakı kimi işləsəydim, udardım" - Millimizin Nəzakəti

"Həlledici görüşüm çox pis keçdi. Halbuki o rəqibi Antalyadakı Qran Pridə udmuşdum" - Sportinfo.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında 52 kq çəki dərəcəsində gümüş medal qazanan Azərbaycanın qadın cüdoçusu Nəzakət Əzizova deyib.

Əzizova finalda türkiyəli İrem Korkmaza uduzub. Onun sözlərinə görə, uduzmasının səbəbi aldığı zədədir: "Çiynimdən zədə aldım. Həm də görüşün əvvəlində yox, axırda işlədim. Sondakı kimi işləsəydim, udardım. Bundan sonra Avropa və dünya çempionatı gəlir. Növbəti yarışlarda qalib gələrək, bayrağımızı qaldırmaq istəyirəm".

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"