"Ailəmi və xalqı sevindirdim"

14 May 2017 09:24 İslam Oyunları 469
"Ailəmi və xalqı sevindirdim"

"Dəstək verən hər kəsə minnətdarlığımı bildirirəm. Asan rəqib yoxdur. Təəssüf ki, yarımfinalda türkiyəli rəqibə uduzdum. Taktiki cəhətdən səhv etdim" - Sportinfo.az xəbər verir ki, bunu "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanan Azərbaycan karateçisi Firdovsi Fərzəliyev söyləyib.

60 kq çəkidə dərəcəsində çıxış edən idmançının sözlərinə görə, bürünc medal uğrunda görüşdə məğlub etdiyi indoneziyalı Suryadi Suryadi də təcrübəli idmançıdır. O, 2020-ci il Tokio Yay Olimpiya Oyunlarında medal qazanmağa çalışacağını bildirib:

"Şükürlər olsun ki, medal qazandım. Ailəmi və xalqımızı sevindirdim. Evə medalla gedirəm. Karate Yay Olimpiya Oyunlarının proqramına daxil edilib. "Tokio-2020"də də medal qazanmağa çalışacam".

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"