"Evdən çıxanda anam dedi ki, nə edirsən et, onu mənim üçün qazan".

14 May 2017 00:24 İslam Oyunları 669
"Evdən çıxanda anam dedi ki, nə edirsən et, onu mənim üçün qazan".

"İlk döyüşüm çox ağır keçdi. Hər zaman evdə döyüşəndə çətinlik çəkirəm. Yəqin həyəcandandır. İkinci görüşdə iranlı rəqibimə uduzsam da, sonda medal qazana bildim" - Sportinfo.az xəbər verir ki, bunu "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanan Aərbaycan karateçisi Nuranə Əliyeva deyib.

O, bildirib ki, bürünc medal uğrunda məğlub etdiyi indoneziyalı Srunita Sukatendeliyə 2013-cü ildə keçirilən İslamiadada məhz bu mərhələdə uduzub: "Bu mənada revanş almış oldum. Medalı anama ad günü hədiyyəsi edirəm. Evdən çıxanda anam dedi ki, nə edirsənsə, et, o medalı mənim üçün qazan".

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"