Azərbaycanın daha bir atıcısı İslamiadada medal qazandı

13 May 2017 19:12 İslam Oyunları 401
Azərbaycanın daha bir atıcısı İslamiadada medal qazandı

IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın daha bir atıcısı medal qazanıb. Sportinfo.az xəbər verir ki, bu, qadınlar arasında səngər stendi növündə yarışan Şəfəq Əmrahovadı. 35 yaşlı idmançı təsnifat mərhələsində Aydan Camalova ilə birgə çıxış edib.

Onların 5 rəqibi olub. Camalova ilk 3 raundu üst-üstə 54 xalla 5-ci pillədə tamamlayıb. Əmrahova isə 48 xalla 6-cı olub. Nəticədə hər iki atıcı finala yüksəlib. Həlledici mərhələdə Əmrahova 37 xalla 2-ci, Camalova 13 xalla 6-cı olub.

Türkiyəli Nuhan Gurer 41 xalla qızıl, qətərli Xalud Hassan əl-Xələf 29 xalla bürünc medala sahib çıxıb. Şəfəq Əmrahovadan əvvəl kişilərin mübarizəsində 25 metr məsafədən tapança ilə mərkəzə atış yarışında Ruslan Lunyov Azərbaycana qızıl medal qazandırıb.

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"