“Bizimkilər də işləyə bilirmiş” - Adam açılışdan danışdı

13 May 2017 17:36 İslam Oyunları 547
“Bizimkilər də işləyə bilirmiş” - Adam açılışdan danışdı

“Mənim bu layihəyə cəlb olunmağım 4 ay əvvəl olub. Ssenari, görəcəyim işlə tanış oldum. Dəfələrlə görüşdük və aprel-may ayında məşqlərimizi başladı” - Sportinfo.az xəbər verir ki, bu sözləri "qafqazinfo”ya açıqlamasında xalq artisti Nürəddin Mehdixanlı deyib.

Aktyor IV İslam Həmrəyliyi oyunlarının açılışındakı obrazına necə hazırlaşmasından danışıb: “Mənim üçün çox sevindiri bir hal oldu. Bizimkilər də işləyə bilirmiş. O qədər insanların həmrəy olub dəqiq saat kimi çalışmaları sevinc doğurur. Mənə çox rahat oldu, nə istədiklərini bilirdilər. Açıq deyim ki, mənim üçün böyük bir iş idi. Bizim Gimnastika Federasiyasının uşaqları ilə işləmək rahat idi. Çox istedadlı gənclərimiz var.

Mən orda bir nəfəri görmədim ki, işinin öhdəsindən gəlməsin, başqasına səsini yüksəltsin. Hamı sevinə-sevinə, ürəkdən işini görürdü. Könüllülər ürəklərini qoyurdular. Hər zaman yadımda qalacaq. Orada çox şeyin şahidi oldum. Tədbirdən sonra bir-birinin dilini bilməyən insanların sarılması, ağlaması yadımda qaldı. Ağlayan kim, kövrələn kim... Gözəl bir tədbir idi”.

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"