İslamiada: Azərbaycan ilk qızıl medalla 4-cü pilləyə yüksəldi

13 May 2017 16:24 İslam Oyunları 502
İslamiada: Azərbaycan ilk qızıl medalla 4-cü pilləyə yüksəldi

Azərbaycan "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında ilk qızıl medalını qazanıb. Sportinfo.az xəbər verir ki,
kişilər arasında tapançadan 25 metr məsafəyə mərkəzə atış yarışında Ruslan Lunyov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, finalda üst-üstə 581 xal toplayıb.

Türkiyəli Yusuf Dikeç gümüş, pakistanlı Muhammad Xalil Axtar bürünc medal əldə edib. Bu nəticə sayəsində Azərbaycan ölkələrin ümumi medal sıralamasında hərəyə 1 qızıl, 1 gümüş medala malik İndoneziya, İran və Türkiyədən sonra 4-cü pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"