İslamiadada ilk medal dəsti sahiblərini tapdı - Türk və banqladeşli

13 May 2017 15:36 İslam Oyunları 369
İslamiadada ilk medal dəsti sahiblərini tapdı - Türk və banqladeşli

"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında ilk medal dəsti sahibini tapıb. Sportinfo.az xəbər verir ki, bu, 10 metr məsafəyə pnevmatik tüfənglə atış yarışında baş verib. Qızıl medalı üst-üstə 249,8 xal toplayan türkiyəli Ömər Akgün qazanıb.

245,5 xal yığan banqladeşli Rabbi Hasan Munna gümüş, 224,1 xala malik özbəkistanlı Saidxon Sayfuddinov bürünc medal əldə edib. Bu yarışda Azərbaycanı təmsil edən Əli Məcidli finala yüksələ bilməyib. O, təsnifat mərhələsində 17-ci yeri tutub.

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"