Azərbaycan İslamiadada ilk medalı özünə təmin etdi

13 May 2017 12:12 İslam Oyunları 418
Azərbaycan İslamiadada ilk medalı özünə təmin etdi

IV İslam Həmrəyliyi Oyunlarında həndbol üzrə yarımfinal mərhələsinə start verilib. Sportinfo.az xəbər verir ki, günün ilk oyununda Azərbaycan və Özbəkistanın qadınlardan ibarət yığmaları üz-üzə gəlib. "Sərhədçi" İdman Olimpiya Mərkəzindəki görüş meydan sahiblərinin üstünlüyü şəraitində keçib. Georgi Voronovun baş məşqçi olduğu komanda ilk yarını 24:13 hesabı ilə öndə tamamlayıb.

Fasilədən sonra da hücumlarını davam etdirən yerli həndbolçular yekunda daha böyük fərqlə qalib olublar - 42:25. Bu qələbə sayəsində Azərbaycan millisi finala yüksəlib və ən azı gümüş medalı təmin edib. Bu, medalı təmin edən ilk komanda olub. Həlledici qarşılaşmada rəqib bu gün saat 13:30-da başlanacaq Türkiyə - Kamerun matçının qalibi olacaq. Final görüşü mayın 14-də saat 18:00-da başlanacaq.

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 20:00 Çək və bizə göndər!
20 Sentyabr 07:10 "Sabah" "Ordu"nu üstələdi
20 Sentyabr 05:00 Naxçıvanda "Velo Fest"