Premyer Liqada daha bir futbolçuda koronavirus aşkarlandı

11 May 00:00 İngiltərə 94
Premyer Liqada daha bir futbolçuda koronavirus aşkarlandı

“Brayton”da daha bir futbolçunun koronavirus testinin nəticəsi müsbət çıxıb.

Sportinfo.az xəbər verir ki, bu barədə yerli mətbuata açıqlama verən klubun idarə heyətinin sədri Pol Barber məlumat verib:

“Aldığımız bütün tədbirlərə rəğmən, daha bir futbolçumuzun koronavirus testinin nəticəsi pozitiv çıxdı. Vəziyyəti yaxşıdı. Karantinə alınıb. Lazım olan bütün müalicəvi tədbirlər davam etdirilir”.

Koronavirusa yoluxan futbolçunun kimliyi isə açıqlanmır.

“Brayton”da daha öncə də iki futbolçuda koronavirus aşkarlanmışdı. Komanda üzvləri ötən ayın sonlarından klubun bazasında fərdi qaydada məşqləri bərpa ediblər.

İngiltərədə koronavirusa görə martın 13-dən dayandırılan Premyer Liqanın iyun ayında bərpa olunması nəzərdə tutulur.

Xəbər Lenti