Tezliklə rəsmi təklif göndərəcəyi gözlənilir – Bəyənir, nə bəyənir!

24 İyul 2024 00:20 İngiltərə 1 694
Tezliklə rəsmi təklif göndərəcəyi gözlənilir – Bəyənir, nə bəyənir!

“Arsenal” “Real Sosyedad”ın yarımmüdafiəçisinə göz dikib.

Sportinfo.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, “topçular” baş məşqçi Mikel Artetanın çox bəyəndiyi Migel Merinoya müqavilə təklif edib.

“Arsenal”ın Merino üçün “Real Sosyedad”a tezliklə rəsmi təklif göndərəcəyi gözlənilir.

28 yaşlı futbolçunun müqaviləsinin bir ildən sonra bitəcəyini nəzərə alsaq, İspaniya klubu yarımmüdafiəçini daha ucuz qiymətə buraxa bilər.

Merino bu yaxınlarda İspaniya millisi ilə Avropa çempionu olub. O, La Liqanın son mövsümündə 5 qol vurub, 3 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 19:50 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?