Baş məşqçisi ilə 5 illik yeni müqavilə imzaladı - Premyer Liqa klubu

28 May 2024 12:00 İngiltərə 1 114
Baş məşqçisi ilə 5 illik yeni müqavilə imzaladı - Premyer Liqa klubu

“Aston Villa” baş məşqçisi Unay Emeri ilə müqavilə müddətini uzadıb.

Sportinfo..az İngiltərə klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, 52 yaşlı mütəxəssis 2029-cu ilə qədər “şirlər”ə rəhbərlik edəcək.

İspan məşqçi 2022-ci ildən “Aston Villa”da çalışır.

Onun komandası cari mövsüm İngiltərə Premyer Liqasını 4-cü pillədə başa vuraraq tarixində ilk dəfə Çempionlar Liqasında iştirak etmək hüququ qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti