“Bir neçə şirkətlə danışıqlar gedir, problem tədricən aradan qalxacaq“ - Musa Qurbanov

15 Fevral 11:40 I Divizion 2 258
“Bir neçə şirkətlə danışıqlar gedir, problem tədricən aradan qalxacaq“ - Musa Qurbanov

“Bu, bir ilkdir və inanıram ki, davamı gələcək“.

“Zaqatala”nın İdarə Heyətinin üzvü Musa Qurbanov Sportinfo.az-a açıqlamasında belə deyib.

Bilindiyi kimi, bugünlərdə "Zaqatala" ilə "Music Gallery" arasında tərəfdaşlıq haqqında müqavilə imzalanıb.

Futbolun İnkişaf Fondunun (FİF) vasitəçiliyi ilə baş tutan sövdələşmə I Liqa klubuna yeni maliyyə mənbəyi qazandırıb.

Əyalət təmsilçisi bu əməkdaşlığın qarşılığında hər ay 5000 manat vəsait əldə edəcək. Əvəzində komandanın formalarının ön hissəsini sözügedən brendin loqosu bəzəyəcək.

M.Qurbanov bildirib ki, FİF Zaqatalada futbolun dirçəldilməsi istqamətində real addımlar atır:

"İlk rəsmi tərəfdaşla müqavilə artıq imzalandı. Onların kluba nə qədər aylıq vəsait ödəyəcəyini mətbuata açıqlaya bilmərik.

Məbləğ komandanın müəyyən xərclərinin qarşılanmasına sərf olunacaq. Başqa şirkət və iş adamlarının da bu "Biznes-klub" layihəsinə cəlb olunması gözlənilir.

Bir neçəsi ilə belə danışıqlar gedir. Yaxın vaxtlarda onların da açıqlanması gözlənilir və təbii ki, biz buna sevinirik.

Zaqatalada həmişə futbol olub. Bu rayonda futbolun ənənələrini inkişaf etdirmək üçün maddi dəstək çatışmayıb.

İnanıram ki, problem tədricən aradan qalxacaq və biz "Zaqatala"nı Premyer Liqada görəcəyik. Mən sizin sayt başda olmaqla, mediaya təşəkkür edirəm ki, klubumuzun sponsoru ilə bağlı xəbərləri tirajladı.

Bu da onlar üçün bir reklam vasitəsidir. FİF-in rəhbərliyinə təşəkkür edirəm ki, rayonumuz üçün bu əziyyəti çəkir".

Digər Xəbərlər
Xəbər Lenti