İspan hücumçu üçün 60 milyon avro ödəməyə hazırdır - Premyer Liqa nəhəngi

29 Mart 10:20 İngiltərə 463
İspan hücumçu üçün 60 milyon avro ödəməyə hazırdır - Premyer Liqa nəhəngi

"Mançester Yunayted" yayda hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

Sportinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Leypziq"də çıxış edən Dani Olmonun xidmətində maraqlıdır.

"Qırmızı şeytanlar İspaniya millisinin üzvünün müqaviləsində yer alan 60 milyon avroluq sərbəstqalma məbləğini ödəməyə hazırdır.

Hücumameyilli yarımmüdafiəçi ilə "Real", "Mançester Siti", "Çelsi" və "Tottenhem" də maraqlanır.

"Leypziq" Dani Olmonu 2020-ci ilin yanvar ayında Zaqreb "Dinamo" sundan transfer edib.

25 yaşlı futbolçu bu mövsüm Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 19 rəsmi matçda 7 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"