Ukraynalı qapıçının transferini istəyir – Tanınmış məşqçi

5 Mart 2025 15:40 İngiltərə 1 229
Ukraynalı qapıçının transferini istəyir – Tanınmış məşqçi

Ukraynalı qapıçı Andrey Lunin “Real”ı tərk edərək, İngiltərə Premyer Liqasına yollana bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə “Todofichajes” nəşri məlumat yayıb.

26 yaşlı qolkiperin transferində “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola şəxsən maraqlıdır.

İspaniyalı mütəxəssis Lunini 2024/25 mövsümünün sonunda “şəhərlilər”i tərk edə biləcək braziliyalı qolkiper Edersonun əvəzləyicisi kimi nəzərdən keçirir.

Luninin “Real”la hazırkı müqaviləsi 2030-cu ilin ortalarına qədərdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti