"Mançester Yunayted" “lotoreya”da uduzdu, kubokdan kənarda qaldı - VİDEO

3 Mart 2025 15:40 İngiltərə 779
"Mançester Yunayted" “lotoreya”da uduzdu, kubokdan kənarda qaldı - VİDEO

"Mançester Yunayted" İngiltərə FA Kubokunun 1/8 final mərhələsində "Fulhem"ə məğlub olub.

Sportinfo.az xəbər verir ki, əsas və əlavə vaxt 1:1 hesabı ilə başa çatdığından görüşün qalibinə penaltilər seriyasında aydınlıq gəlib.

Burada isə "Fulhem"in qapıçısı Bernd Leno Viktor Lindelöf və Coşua Zirkzenin zərbələrini geri qaytararaq komandasının növbəti mərhələyə yüksəlməsində böyük pay sahibi olub.

"Mançester Yunayted" - "Fulhem" 1:1 (pen-3:4)

Qollar: B.Fernandes,71, - C.Bassey,45+1

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 18:10 Çək və bizə göndər!