Danışıqlar yaxşı gedir, yeni müqavilə imzalamağa yaxındırlar

26 Fevral 2025 01:30 İngiltərə 731
Danışıqlar yaxşı gedir, yeni müqavilə imzalamağa yaxındırlar

Məhəmməd Salah “Liverpul”la yeni müqavilə imzalamağa yaxındır.

Sportinfo.az “Todofichajes”-ə istinadən xəbər verir ki, tərəflər fəal danışıqlar aparır və hər şey müsbət istiqamətdə irəliləyir.

Misirli hücumçunun mersisaydlılarla hazırkı müqaviləsi bu ilin iyun ayının sonunda başa çatacaq.

Onun transfer dəyəri 55 milyon avrodur. O, yaxşı mövsüm keçirir və “qızıl top”a iddialılardan biri hesab olunur.

32 yaşlı Salah cari Premyer Liqa mövsümündə 27 oyun keçirib, 25 qol vurub və 16 məhsuldar ötürmə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti